Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyinin Bakı Cihazqayırma Zavodunun açılışında iştirak edib - YENİLƏNİB - FOTOSESSİYA
Sonra prezident zavodun açılışını bildirən rəmzi lenti kəsib.
Bunun ardınca dövlət başçısı inzibati bina ilə tanış olub. Bildirilib ki, zavod 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin tərkibində fəaliyyətini davam etdirir. Son illər ərzində isə zavodda yenidənqurma və əsaslı təmir işləri aparılıb. İkimərtəbəli inzibati bina ən yüksək standartlar səviyyəsində təmir olunub. Zavodun ərazisində təhlükəsizlik kameraları quraşdırılıb. Buradakı bütün inzibati otaqlar müasir avadanlıqlarla təchiz olunub. İkinci mərtəbədə Heydər Əliyev Muzeyi də yaradılıb.
Prezident İ. Əliyev muzeylə tanış olub.
Daha sonra dövlət başçısı istehsal sahələrini gəzib. Mexaniki yığım sexi ilə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, son illər müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah və avadanlıq quraşdırılıb. Nəticədə qısa müddətdə zavodda dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, digər sahələr, xüsusilə neftçıxarma sahəsində istifadə olunan cihaz və ehtiyat hissələrinin istehsalına başlanıb. Metal-tökmə sexində həm müdafiə, həm də mülki təyinatlı cihazların paylayıcı və ötürücü qutuların pəstahları hazırlanacaq.
Dövlət başçısı istehsal prosesini izləyib.
Dəmirçi sexində də əsaslı təmir işləri aparılıb. Sex indi tam gücü ilə işləyir. Qalvanik sexi də müasir avadanlıqla təchiz olunub. Bu sexdə bütün cihazların və hissələrin üzəri müxtəlif növ kimyəvi maddələrlə örtüləcək. Burada sinkləmə, xromlama, nikelləmə, anodlaşma, oksidləşmə və qalaylama prosesləri aparılacaq.
Prezident xüsusi təyinatlı yığma sexi ilə də tanış olub. Burada lazer həkketmə avadanlığı quraşdırılıb. Xüsusi kompyuter proqramı ilə işləyən bu avadanlıq vasitəsilə cihazlar və hissələr üçün lövhəciklər hazırlanacaq. Yay hazırlayan dəzgah da xüsusi proqramla təmin olunan kompyuterə qoşulub.
Dövlət başçısı zavodda istehsal və emal olunan hazır məhsullara da baxıb. Prezidentə burada istehsal olunan müdafiə təyinatlı məhsullar və ehtiyat hissələri haqda geniş məlumat verilib. Bildirilib ki, eyni zamanda zavodda Dövlət Neft Şirkətinin müəssisələri üçün 18 adda yeni növ mülki təyinatlı məmulatlar istehsal olunur ki, bunun nəticəsində mülki məhsulların çeşid sayı 29-dan 47-yə çatdırılıb.
Prezident İlham Əliyev mexaniki emal sexini gəzib. Sexin avadanlıq parkı əsaslı şəkildə təzələnib. Yaradılan yeni istehsal sahəsində 2 ədəd texnoloji axın xətti işə salınıb. Burada ən müasir proqram təminatlı 57 ədəd dəzgah və avadanlıq quraşdırılıb. Həmin avadanlıqlardan aktiv başlıqlı və universal torna, bir neçə koordinatlı və vertikal frez, pardaqlama dəzgahları, vertikal emal mərkəzi, təbəqə əyən maşın, kompressorlar və digər dəzgahlar sifarişlərin vaxtında və keyfiyyətlə hazırlanmasına imkan verəcək. Bütün bunların nəticəsində Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan 7 adda müdafiə təyinatlı məhsulun istehsalına başlanıb. Həmin məhsullar sırasında MUV-2 və MUV-3 mina partladıcılarını, AKM avtomatı üçün ehtiyat hissələrini göstərmək olar. Yaxın gələcəkdə məhsulların çeşidi 7-dən 12-yə çatdırılacaq.
Dövlət başçısı Xüsusi təyinatlı təmir və bərpa, həmçinin xüsusi təyinatlı mexaniki yığım sexləri ilə də yaxından tanış olub. Bildirilib ki, müəssisədə 2009-2010-cu illərdə T-72 tankının, BTR və BRDM tipli zirehli maşınların təkmilləşdirilməsi üzrə işlər uğurla davam etdirilir. Belə ki, Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq, cari ildə BTR-70 tipli və BRDM-2M tipli zirehli maşınların təmir və təkmilləşdirilməsi nəzərdə tutulub. Ali Baş komandan İlham Əliyevə BTR 70 M tipli zirehli nəqliyyat vasitəsi və BRDM-2M-in tipli zirehli kəşfiyyat maşının təkmilləşdirməsi haqda geniş məlumat verilib. Hər iki zirehli texnika təkmilləşdirilib, idarə etmə sistemi asanlaşıb. Ən əsası maşınlarda yanğın baş vermə təhlükəsi tamamilə aradan qaldırılıb. Prezidentə “Şimşək” qabaqcıl texnologiya və asan idarəetmə layihəsi barədə də məlumat verilib. Bu layihə Bakı Cihazqayırma Zavodu və Cənubi Afrika Respublikasının “EWT” şirkəti ilə birgə hazırlanır. Üstün cəhəti isə gecə və gündüz görmə kamerasının olmasıdır. Bundan başqa, “Şimşək” texnologiyası lazer hədəf nişanlayıcısı, ballistik kompyuter və silah sistemlərinin idarə edilməsinə malikdir. “Şimşək”-in əsas xüsusiyyətlərindən biri isə “atəşə mükəmməl nəzarət sistemi”nin olmasıdır.
Qeyd olunub ki, hazırda zavodda 170 işçi çalışır. Yeni istehsal sahəsinin yaradılması hesabına əlavə olaraq 100 yeni iş yerinin açılması və müəssisədə işləyənlərin sayının 280 nəfərə çatdırılması nəzərdə tutulur.
Dövlət başçısı mina təsirinə dayanıqlı “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitəsi ilə də yaxından tanış olub. Bildirilib ki, zirehli maşınlar Cənubi Afrika Respublikasının “Paramount Group” şirkətinin lisenziyası əsasında yığılaraq istismara hazır vəziyyət gətirilib. Əsasən 14,5 və 12,7 çaplı pulemyotlarla təchiz olunan nəqliyyat vasitələri “V” formalı şassiyə malikdir. Bu maşınlar şəxsi heyətin mina təsirindən, güllə qəlpəsindən və ballistik hücumdan müdafiə olunaraq daşınması üçün nəzərdə tutulub.
Prezident İlham Əliyev zavodda hazırlanıb istismara buraxılan zirehli texnikaların sınaqdan keçmə prosesini izləyib. Bildirilib ki, burada texnikalar əvvəlcə 25 dərəcə maili bucaq altında sol və sağ tərəfi üstdə dayanıqlılığı yoxlanılır. Sonra zirehli texnikanın 30 dərəcə maillikdə eniş və yoxuş zamanı gücünün və əyləc sisteminin davamlılığına və möhkəmliliyinə diqqət yetirilir. Maşınlar dərinliyi 1,5 metr olan sulu maneələrdən də keçirilir. Bu zaman maşınların hermetikliyi və idarəetmənin möhkəmliliyi yoxlanılır. Sonda isə zirehli texnikalar yüksək amplitudalı maneələrdən keçirilir. Bu proses zamanı isə maşınların yırğalanması yoxlanılır.
Dövlət başçısı kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Daxili siyasət
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Xəbər Lenti
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib