Bank Of Baku

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək
# 03 mart 2011 15:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Sabah Azərbaycan Milli Məclisinin növbəti iclası keçiriləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

İclasda öncə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinləniləcək. Milli Məclisdə həmçinin Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi, “TRACECA multimodal daşımalarının inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiqi, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti ∕ xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə qanun layihəsi, “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında” və “Dərman vasitələri haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əlavə edilməsi barədə qanun layihəsi müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR