Bank Of Baku

Sabiq müsavatçı müxalifət partiyası yarada biləcəyini bildirib

Sabiq müsavatçı müxalifət partiyası yarada biləcəyini bildirib
# 03 mart 2011 15:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla müsavatyönlü müxalifət partiyası yarada bilər. Bu barədə APA-ya açıqlamasında A. Qeybulla özü bildirib. O deyib ki, partiya yaratmaqla bağlı qərar müəyyən müddətdən sonra verilə bilər: “Söhbət hadisələrin hansı istiqamətdə inkişaf etməsindən gedir. Cəmiyyətdəki ictimai proseslərin tempinə, siyasi situasiyaya uyğun addımlar atacağıq”.

A. Qeybulla bildirib ki, partiya yaradarsa, orada həm keçmiş müsavatçılar, həm də cəmiyyətdə neytral siyasi baxışı olan şəxslər, ziyalılar və digərləri təmsil oluna bilərlər. O deyib ki, Azərbaycanda gec-tez vətəndaş sülhünün yaranmasına nail olmaq lazımdır: “Əgər biz İctimai Palatanın son iclasındakı kimi ziddiyyətlə rastlaşırıqsa, ümumiyyətlə cəmiyyətdə nə qədər ziddiyyətlərin olduğu aydın görünür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR