Azərbaycan prezidenti “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nı təsdiqləyib
1. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).
2. Azərbaycan Respublikası dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri:
2.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);
2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri;
2.3. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru və onun müavini;
2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;
2.5. Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;
2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları;
2.7. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri;
2.8. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanı);
2.9. Milli Televiziya və Radio Şurasının üzvləri;
2.10. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;
2.11. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri;
2.12. yerli icra hakimiyyəti orqanlarının başçıları.
3. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxsləri.
4. Dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan aşağıdakı şəxslər:
4.1. Azərbaycan Prezident Administrasiyasının, Azərbaycan Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə etmək hüququna malik olmayan əməkdaşları;
4.2. inzibati vəzifələrin birinci-səkkizinci təsnifat vəzifələrində qulluq keçən dövlət qulluqçuları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan dövlət qulluqçuları istisna olmaqla);
4.3. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər;
4.4. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;
4.5. Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri (köməkçisi), nazirliyin aparat rəhbəri və onun müavini, baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri, nazirliyin aparatında baş və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslər, nazirliyin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, həmin orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;
4.6. Azərbaycan Respublikasının prokurorluq orqanlarının müstəntiqləri və prokurorları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri və Naxçıvan Muxtar Respublikasının prokuroru istisna olmaqla);
4.7. feldyeger rabitəsi orqanının diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları;
4.8. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru, sədrin müşaviri, icra aparatının rəhbəri və onun müavini, departament, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri), kiçik mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və digər ərazi idarələrinin rəhbərləri və onların müavinləri;
4.9. Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri və onun müavini, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri) və onlara bərabər tutulan vəzifəli şəxsləri;
4.10. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri.
5. Xidməti pasport almaq hüququ olan digər şəxslər:
5.1. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri) və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqları;
5.2. beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçiləri.
Daxili siyasət
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Xəbər Lenti
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib