Milli Məclisdə cari məsələlərin müzakirəsində millət vəkilləri gündəmdə olan bir sıra məsələlərə münasibət bildiriblər
Gülər Əhmədova, Tahir Rzayev və Fazil Mustafa bir neçə gün əvvəl Bakıda 5 yaşlı uşağın valideynləri tərəfindən döyülərək öldürülməsi məsələsinə münasibət bildiriblər. Onlar bununla bağlı hadisəni törədənlərə daha sərt cəza verilməsini təklif ediblər.
Millət vəkili Fazil Mustafa isə çıxışında Rusiyanın Azərbaycanın ərazisində yerləşən Qəbələ Radiolokasiya Stansiyasını (RLS) modernləşdirilməsinə etiraz edib: “Mən anlaya bilmirəm ki, Azərbaycanın ərazisindəki hansısa hərbi baza Azərbaycanın razılığı və xəbəri olmadan necə modernləşdirə bilər? Qəbələ RLS-in modernləşdirilməsi deyiləndə nə nəzərdə tutulur? Bəlkə bura hansısa əlavə kontingentin gətirilməsi nəzərdə tutulur?” Deputat son vaxtlar orduda baş verənləri də misal göstərərək hüquq mühafizə orqanları üzərində parlament nəzarətinin təşkil olunmasını vacib sayıb.
Millət vəkili Fərəc Quliyev isə çıxışında Ermənistan-Azərbaycan münaqişəsi ifadəsi işlədilərkən rəsmi açıqlamalarda və yazışmalarda Dağlıq Qarabağ adının çəkilməsinin düzgün olmadığını deyib və bu ifadənin çıxarılmasını təklif edib.
Deputat Məlahət İbrahimqızı Azərbaycanın Dövlət Himninin müəllifi Əhməd Cavadın xatirəsinə muzeyin və ya anımı üçün bir abidənin qoyulmasını təklif edib. M. İbrahimqızı deyib ki, istiqlal şairi Ə. Cavadın məzarı mövcud deyil. O təmsil etdiyi Şəmkir ictimaiyyətinin şairin xatirəsinin əbədiləşdirilməsi təklifi ilə çıxış etdiklərini vurğulayıb.
Deputat Elmira Axundova isə çıxışında xüsusi parlament telekanalının açılmasının, yaxud parlamentin fəaliyyətinin işıqlandırılması üçün yeni açılmış “Mədəniyyət” kanalında bir neçə saat yer ayrılmasını təklif edib.
Zahid Oruc çıxışında qeyd edib ki, Azərbaycanda prezidentlərin Soçi görüşündə hansısa nəticənin əldə olunacağına dair ümidlər var: «Baxmayaraq ki, əvvəlki görüşlərdə heç nəyə nail olunmayıb. Prezidentin ötən gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin açılışına qatılması da bir rəmzi məna daşıyır. Bizə bəllidir ki, bu danışıqlar da nəticəsiz ola bilər. Təklif edirəm ki, Azərbaycan Ermənistanla danışıqlardan imtina edib, dialoqu məsələnin başlanğıcından mühüm rol oynayan Rusiya ilə aparsın”.
Millət vəkili Siyavuş Novruzov ümumi bir soyqırımı abidəsinin yaradılmasını təklif edib. Qəbələ RLS-in icarə müddətinin bitməsinə hələ bir il qaldığını deyən millət vəkili bu müddətdə bağlanacaq hər hansı müqavilənin parlamentdə təsdiq olunacağını vurğulayıb. Deputat deyib ki, Qəbələ RLS Azərbaycanın balansındadır və icarəyə verilib. Siyavuş Novruzov bəzi mətbuat orqanlarının Bakı şəhərinə qoşun yığılması ilə bağlı yaydığı xəbərlərə də münasibət bildirib: “Bu yalandır. Kim qanundan kənara çıxacaqsa intizama dəvət olunacaq”.
İclasda vitse-spiker, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın ötən həftə başa çatmış plenar sessiyasında Azərbaycan heyətinin iştirakı və aparılmış müzakirələr barədə məlumat verib. Görüşlərdə Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin hazırlanması və qəbulu da müzakirə olunub. Bahar Muradova sessiyada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbərinin dəyişdirilməsi təklifi ilə çıxış etdiklərini də vurğulayıb.
Vitse-spiker Bahar Muradovanın hesabatına münasibət bildirən spiker Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun fəaliyyətini tənqid edib: “Bu təsisatın rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək. Mən seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki bizim hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun həmişə hazır reseptlə gəlir. AŞPA və ATƏT PA-nın qərarı qalır bir tərəfdə, 10-12 saat danışıq keçirir, sonra öz fikirlərini deyib gedirlər. Ona görə qurumun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək”.
Daxili siyasət
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Xəbər Lenti
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu - FOTO
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
Şəmkirdə 13 il əvvəl törədilmiş qətllə bağlı şübhəli şəxs saxlanılıb
“4Sİ Akademiyası – Milli Proqramı”nın iştirakçıları mükafatlandırılıb
Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqların bəziləri məlum olub
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib - VİDEO
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib - VİDEO
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib