Bank Of Baku

Rəbiyyət Aslanova: “Bakıda 5 yaşlı uşağı döyüb öldürən şəxs cəzalandırılmalıdır”

Rəbiyyət Aslanova: “Bakıda 5 yaşlı uşağı döyüb öldürən şəxs cəzalandırılmalıdır”
# 04 mart 2011 11:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Bakıda 5 yaşlı uşağı döyüb öldürən şəxs cəzalandırılmalıdır”. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə uşaq hüquqları ilə bağlı mövcud olan bütün sənədlərə imza atdığını, uşaq hüquqlarının qorunması ilə bağlı konvensiyanın müddəalarını gerçəkləşdirdiyini deyən komitə sədrinin sözlərinə görə, görüləsi bəzi vacib məsələlər də var: “Vacib olan odur ki, cəmiyyətimiz bu qanunlardan irəli gələn müddəaları dərk etsin, məsələyə dərk olunmuş münasibət bəsləsin və problemə biganə qalmasın”.
Komitə sədri onu da əlavə edib ki, Azərbaycanda 5 yaşlı uşağın qətlə yetirilməsi ilə bağlı hadisə onu göstərir ki, qanunun gerçəkləşməsinə məsul olan müvafiq strukturlar öz fəaliyyətinə yenidən baxmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR