Bank Of Baku

Milli Məclis Ombudsmanın hesabatını qəbul edib

Milli Məclis Ombudsmanın hesabatını qəbul edib
# 04 mart 2011 13:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, hesabatı Ombudsman Elmira Süleymanova təqdim edib.
Hesabatda qeyd olunub ki, Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 62720 müraciət daxil olub. 2010-cu il ərzində daxil olan şikayətlərin sayı 2009-cu illə müqayisədə 32,5% artıb. Belə ki, 2009-cu ildə Müvəkkilin ünvanına 8 800 müraciət daxil olduğu halda 2010-cu ildə bu rəqəm 11 660 təşkil edib. Qeyd edilən müraciətlərin 84,2%-i şikayətlərdən, 15,7%-i ərizələrdən, 0,1%-i isə təkliflərdən ibarət olub.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən 48,8%-nin baxılmasından imtina edib.

Qeyd edilib ki, 2010-cu ildə müvəkkilin ünvanına yerli icra hakimiyyəti orqanları ilə bağlı 1 014 (10,3%) o cümlədən Sabirabaddan 53, Şəkidən 44, İmişlidən 38, Ağcabədidən 29, Kürdəmirdən 26 şikayət daxil olub.

Daha sonra millət vəkilləri hesabatla bağlı fikirlərini, təkliflərini bildiriblər. Sənədin yüksək səviyyədə hazırlandığı qeyd olunub. Müzakirələrdən sonra hesabat səsə qoyulub. 105 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla hesabat qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR