Bank Of Baku

Milli Məclis Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna dəyişiklik edib

Milli Məclis Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna dəyişiklik edib
# 04 mart 2011 13:54 (UTC +04:00)
APA-nın məlumatına görə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliyə görə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər.

Cinayət Məcəlləsinə təklif edilən əlavəyə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədi ilə əldə etməyə görə 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə, həmin texniki vasitələr müsadirə edilməklə 200 manatdan 400 manatadək cərimə ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR