Bank Of Baku

Milli Məclis “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında” və “Dərman vasitələri haqqında” qanunlara əlavə və dəyişikliklər edib

Milli Məclis  “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında” və “Dərman vasitələri haqqında” qanunlara əlavə və dəyişikliklər edib
# 04 mart 2011 14:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Milli Məclis “Gömrük tarifi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında” və “Dərman vasitələri haqqında” qanunlara əlavə və dəyişikliklər edib. APA-nın məlumatına görə, «Gömrük tarifi haqqında» qanuna edilmiş əlavəyə görə, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilməlidir. Mənşə ölkənin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
“Yeyinti məhsulları haqqında” qanuna edilmiş əlavəyə əsasən isə gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilməlidir. Başqa bir əlavə isə tərkibində narkotik vasitələr və psixotrop maddələr olan yeyinti məhsullarının və bioloji aktiv maddələrin dövlət gigiyena qeydiyyatına alınmasını qadağan edib.
“Notariat haqqında” qanuna edilmiş dəyişikliyə görə, icbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas komissiyası şəhadətnaməsinin verilməsi barədə qərar çıxardıqdan sonra vətəndaş ona şəhadətnamə verilməsinə dövlət rüsumu ödəməlidir. Dövlət rüsumu ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanı ona 5 il müddətində notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verməlidir.
“Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişikliklə dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsi üçün dövlət rüsumu ödənilməlidir. Qeyd edək ki, dəyişikliklərdən əvvəl dövlət rüsumu yalnız dövlət qeydiyyatı üçün ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR