Bank Of Baku

İqbal Ağazadə: “İctimai Palatada təmsil olunanlar hakimiyyətin ziyanına olan bir şeyin gerçəkləşməsinə niyə kömək etmirlər?”

İqbal Ağazadə: “İctimai Palatada təmsil olunanlar hakimiyyətin ziyanına olan bir şeyin gerçəkləşməsinə niyə kömək etmirlər?”
# 05 mart 2011 08:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İctimai Palata, doğurdan da cəmiyyətdə proseslərin demokratikləşməsi istiqamətində ciddi səy göstərməkdə maraqlıdırsa, Azərbaycanın siyasi spektrini əhatə edən, real mövqeyi və gücü olan partiyaların orada təmsil olunmasına çalışmalıdır”. Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ. Ağazadə bildirib ki, “Qarabağ” blokunun İctimai Palatada təmsil olunub-olunmaması məsələsi onların yox, həmin qurumun problemidir. Onun fikrincə, bu məsələ mahiyyəti üzrə araşdırılmalıdır: “Məsələnin mahiyyətinə baxanda, təbii olaraq sual ortaya çıxır. Əgər İctimai Palata güc mərkəzidirsə, yaxud bu hakimiyyəti əvəzləmək istəyirsə, onun güclənməsi kimin xeyrinə və ya ziyanına ola bilər? Əlbəttə, hakimiyyətin ziyanına olar. Onda belə bir sual da orta çıxır, görəsən, İctimai Palatada təmsil olunanlar hakimiyyətin ziyanına olan bir şeyin gerçəkləşməsinə niyə kömək etmirlər? Bax, bu, artıq İctimai Palatanın problemidir, qoy düşünsünlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR