Bank Of Baku

Azərbaycan Milli Məclisinə məişət zorakılığı ilə bağlı edilən müraciətlərin sayı artıb

Azərbaycan Milli Məclisinə məişət zorakılığı ilə bağlı edilən müraciətlərin sayı artıb
# 05 mart 2011 10:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə MM-in vitse-spikeri Bahar Muradova məlumat verib. Onun sözlərinə görə, bu tipli müraciətlər həm MM-in daimi komitələrinə, həm rəhbərliyinə, ayrı-ayrı millət vəkillərinə və qadın problemləri ilə məşğul olan qurumlara ünvanlanıb.

B. Muradovanın sözlərinə görə, Milli Məclis məişətdə qadınlara qarşı zorakılıq faktlarını həmişə diqqətdə saxlayıb və bu məqsədlə 2010-cu ildə “Məişət zorakılığı haqqında” qanun da qəbul olunub: “Bu qanunun ictimai və parlament müzakirələri zamanı tərəfdarları ilə yanaşı, əleyhdarları da var idi. Bir çoxları hesab edirdi ki, Azərbaycanda bu tip qanunların qəbul olunması ailə institutunun laxlamasına və milli dəyərlərimiz olan ənənələrimizə zərər gətirə bilər. Amma nə qədər inkişaf etsək də, həm köhnədən qalan problemlər, həm də inkişafın özündən doğan problemlər var ki, qanunlar onları tənzimləməlidir. Qadınların öz hüquqlarını müdafiə etməsi, ailədə və məişətdə üzləşdikləri çətinliklərdən xilas olması üçün bu qanunların qəbulun ehtiyac var. Qanunlar qəbul olunsa da, onların icrası prosesində ciddi maneələr mövcuddur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR