Bank Of Baku

Millət vəkili Flora Qasımova Xankəndi ziyalıları ilə görüşüb

Millət vəkili Flora Qasımova Xankəndi ziyalıları ilə görüşüb
# 05 mart 2011 13:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan parlamentinə 122 saylı Xankəndi Seçki Dairəsindən deputat seçilmiş Flora Qasımova Xankəndidən olan ziyalılarla görüş keçirib. APA-nın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, Ermənistan tərəfinin sülh müqaviləsinin imzalanması prosesindən yayınması və digər məsələlər barədə danışan F.Qasımova vurğulayıb ki, Ermənistan rəhbərləri törətdikləri cinayətlərdən yayınmaq üçün danışıqların sülhlə yekunlaşmasını ləngidirlər.

Deputatın sözlərinə görə, zaman gələcək, ermənilər özləri törətdikləri cinayətlərə şahidlik edəcəklər: «Belə hallar dünyada çox baş verib. Məhz, cinayəti törədən həmin ermənilər sülh sazişinin imzalanmasını istəmirlər».

Münaqişə başlayan zaman Xankəndidə 15 min azərbaycanlının yaşadığını diqqətə çatdıran F.Qasımova deyib ki, «Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun təşəbbüsü ilə Xankəndidən köçdükdən sonra doğulan şəxslərin qeydiyyatı rəsmiləşdirilib. F.Qasımova qeyd edib ki, münaqişədən sonra işğal altında olan rayon və şəhərlərin icra hakimiyyətləri və digər hökumət qurumları fəaliyyət göstərsələr də, Xankəndi şəhərinə bu məsələ tətbiq olunmayıb: «İlkin olaraq nümayəndəliyin açılması istiqamətində işlər gedir. Xankəndinin nümayəndəliyinin fəaliyyətə başlamasının rəsmiləşdirilməsinə çalışırıq».

Sonra isə Milli Məclisin deputatı xankəndili ziyalıların suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR