Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yürüş-mitinq keçirməklə bağlı məktubunu qəbul etməyib

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yürüş-mitinq keçirməklə bağlı məktubunu qəbul etməyib
# 07 mart 2011 12:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası yürüş-mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmək istəsə də, bu, mümkün olmayıb. Bu barədə APA-ya partiya başqanının müavini Tofiq Yaqublu məlumat verib.

Onun sözlərinə görə, məktubu bu gün BŞİH-ə təqdim etmək istəsələr də, onlara martın 9-da müraciət etmək məsləhət görülüb: “İcra hakimiyyətindən dedilər ki, bu gün iş yoxdur, məktubu həftənin üçüncü günü təqdim edək”.

Qeyd edək ki, məktubda martın 12-nə təyin olunmuş aksiyada 5 min nəfərin “Praqa” restoranının qarşısından başlayaraq “Təbriz” kinoteatrının qarşısınadək yürüş edəcəyi, sonra isə “Təbriz” kinoteatrının qarşısında mitinq keçiriləcəyi bildirilib. Aksiyanın saat 16.00-dan 18.00-dək keçirilməsinin planlaşdırıldığı da qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR