Bank Of Baku

ALP İcraiyyə Komitəsi ilə VİP Mərkəzi Aparatının birgə toplantısı keçirilib

ALP İcraiyyə Komitəsi ilə VİP Mərkəzi Aparatının birgə toplantısı keçirilib
# 07 mart 2011 12:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Martın 7-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsi ilə VİP-in Mərkəzi Aparatının birgə toplantısı keçirilib. VİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, ALP və VİP sədrlərinin müxalifət qüvvələrinin bir araya gəlməsinə dair irəli sürdükləri birgə təşəbbüs çərçivəsində keçirdikləri növbəti görüşlərin nəticəsi, Azərbaycanın da aid olduğu regionda cərəyan edən proseslər və VİP ilə ALP-nin birgə addımlarının istiqamətləri müzakirə olunub.

VİP sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxan müxalifətdaxili inteqrasiyanın gücləndirilməsi istiqamətində KXCP, ADP, Ümid və AMİP sədrləri ilə apardıqları müzakirələr barəsində ətraflı məlumat veriblər. Əlavə ediblər ki, qarşıdakı günlərdə son parlament seçkilərində iştirak etmiş digər partiyaların rəhbərləri ilə də analoji görüşlərin keçirilməsi nəzərdə tutulur.

Müzakirələrdə iştirak edən ALP və VİP təmsilçiləri də müzakirə olunan məsələlərə münasibət bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR