Bank Of Baku

Müsavat Partiyası mitinq keçirməkdə israrlıdır

Müsavat Partiyası mitinq keçirməkdə israrlıdır
# 07 mart 2011 14:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.
Gündəliyin partiyadaxili bölümündə partiyanın Şahbuz rayon təşkilatının vəziyyəti müzakirə edilib və onun fəaliyyətinin gücləndirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılıb. Daha sonra kütləvi aksiyalarla bağlı məsələ müzakirə edilib. Məlumat verilib ki, martın 12-də saat 14:00-dan 16:00-dək “Təbriz” kinoteatrı qarşısında keçiriləcək mitinq haqqında Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) təqdim etmək üçün xəbərdarlıq məktubu hazırlanıb.

Qeyd edilib ki, BŞİH-in hansı cavab verməsindən asılı olmayaraq mitinq keçiriləcək və partiyanın müvafiq strukturlarına konkret göstərişlər verilib. Qərara alınıb ki, mitinqə hazırlıq çərçivəsində həftə ərzində Sədrlər Şurasının partiya fəalları ilə birlikdə geniş yığıncağı keçirilsin.
Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR