Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yürüş-mitinq keçirməklə bağlı məktubunu qəbul edib

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yürüş-mitinq keçirməklə bağlı məktubunu qəbul edib
# 07 mart 2011 14:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası yürüş-mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) təqdim etmək üçün hazırladığı xəbərdarlıq məktubunu poçt və kuryer vasitəsilə BŞİH-ə göndərib. Bu barədə APA-ya partiyadan məlumat verilib. Məlumata görə, poçt vasitəsilə göndərilmiş məktub BŞİH tərəfindən artıq qəbul edilib.

Qeyd edək ki, BŞİH-in “Qəbul şöbəsi”nin əməkdaşı bu gün Müsavat Partiyasının nümayəndəsindən xəbərdarlıq məktubunu qəbul etməkdən imtina edib. Məktubda martın 12-nə təyin olunmuş aksiyada 5 min nəfərin “Praqa” restoranının qarşısından başlayaraq “Təbriz” kinoteatrının qarşısınadək yürüş edəcəyi, sonra isə “Təbriz” kinoteatrının qarşısında mitinq keçiriləcəyi bildirilib. Aksiyanın saat 16.00-dan 18.00-dək keçirilməsinin planlaşdırıldığı da qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR