Bank Of Baku

Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib

Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib
# 09 mart 2011 13:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bakının Nardaran qəsəbəsindəki “İmam Hüseyn” meydanında etiraz aksiyası keçirilib. Bu barədə APA-ya Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov məlumat verib. O bildirib ki, aksiyada AXCP, Müsavat və Azərbaycan İslam partiyalarının nümayəndələri də qatılıb. Aksiyada qəsəbədəki işsizlik, qaz, su, elektrik enerjisi probleminin həlli tələb edilib. Həmçinin, qəsəbədəki sosial-iqtisadi problemlərin həlli istiqamətində işlər görülməsi ilə bağlı Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə məktub göndəriləcəyi də vurğulanıb.

Aksiyada siyasi şüarlar da səsləndirilib.

Aksiyanın sonunda qətnamə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR