Bank Of Baku

Qabil Hüseynli Adil Qeybullanın Müsavata qayıtmasına münasibət bildirib

Qabil Hüseynli Adil Qeybullanın Müsavata qayıtmasına münasibət bildirib
# 09 mart 2011 13:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Mən Adil Qeybullaya ancaq uğurlar arzulayıram”. Bunu APA-ya açıqlamasında Müsavat başqanının sabiq müavini Qabil Hüseynli professor Adil Qeybullanın yenidən Müsavata qayıtmasına münasibət bildirərkən deyib. O özü isə Müsavat Partiyasına qayıtmayacağını deyib: “Mən müstəqil fəaliyyətin tərəfdarıyam, bundan sonra da müstəqil siyasi fəaliyyət göstərəcəyəm”.

Müsavat Partiyasının digər sabiq funksionerləri Sülhəddin Əkbər və İbrahim İbrahimli isə A. Qeybullanın partiyaya qayıtmasına münasibət bildirmək istəməyib.

Qeyd edək ki, bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın mərkəzi qərargahında müavinlərinin iştirakı ilə mətbuatda partiyaya qayıtmaq istədiyini demiş professor Adil Qeybullanı qəbul edib. Görüşdə A. Qeybullanın Müsavat Partiyasına qayıtmaq istəməsi ilə bağlı müraciəti müzakirə edilib və partiya rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, Müsavat Partiyasının Divan üzvü olmuş A. Qeybulla bu ilin əvvəlində partiya başqanının müavini Q. Hüseynli ilə birlikdə partiyadan istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR