Bank Of Baku

Yeni Azərbaycan Partiyası rəhbərliyi gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası rəhbərliyi gənclərlə görüş keçirilib
# 10 mart 2011 07:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının qərargahında YAP Gənclər Birliyi fəallarının toplantısı keçirilib. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Toplantıda çıxış edən gənc fəallar Gənclər Birliyinin bu ilin yanvarın 29-da Qəbələ şəhərində keçirilən III konfransından ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs edib, gənclərin sosial şəbəkələrdən dövlətçilik naminə məqsədyönlü şəkildə istifadə edilməsinin zəruriliyi haqqında fikir mübadiləsi aparıblar.

Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir: “Məhz bunun nəticəsidir ki, bu gün ölkə gəncləri Azərbaycan prezidenti İlham Əliyevin ətrafında sıx birləşib, onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır və bu istiqamətdə səylərini davam etdirirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR