Bank Of Baku

Müsavat Partiyasının martın 12-nə təyin etdiyi mitinqin yeri və vaxtı açıqlanıb

Müsavat Partiyasının martın 12-nə təyin etdiyi mitinqin yeri və vaxtı açıqlanıb
# 11 mart 2011 12:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasında rayon təşkilatlarının geniş müşavirəsi keçirilib. Bu barədə APA-ya partiya Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, müşavirədə mitinq keçirməklə bağlı qərar qəbul olunub. Qərara alınıb ki, mitinq martın 12-də saat 14.00-dan 15.00-dək şəhərin mərkəzindəki “Fəvvarələr meydanı”nda keçirilsin.

Qeyd edək ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edərək “Təbriz” kinoteatrının qarşısında aksiya keçirmək istədiyini bildirsə də, BŞİH qeyd olunan ərazidə təhlükəsizliyi təmin edə bilməyəcəyini və nəqliyyatın intensivliyini əsas gətirərək həmin yerdə aksiya keçirməyə icazə verməyib. Əvəzində, BŞİH Müsavata mitinqi paytaxtın Bibiheybət qəsəbəsində yerləşən stadionda keçirməyi təklif edib. Partiya isə bununla razılaşmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR