Bank Of Baku

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
# 11 mart 2011 17:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin sədr müavini, komitənin sədri Valeh Ələsgərov bildirib ki, gündəliyə “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə məsələ daxildir. Vitse-spiker deyib ki, hər üç qanuna istehlakçının bu şəbəkələrə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi barədə müddəaların əlavə olunması təklif edilir. Bundan başqa, “Su təchizatı və tullantı suları haqqında” qanuna sistemə qoşulmanın fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılması, həmçinin fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsinin, quraşdırılmasının və dəyişdirilməsinin su təchizatı müəssisəsinin hesabına həyata keçirilməsi barədə əlavələr edilməsi təklif olunur.

Çıxış edən komitə üzvləri təklif olunan əlavələrin və dəyişikliklərin əhalinin bu sahədəki problemlərinin həllinə xidmət etdiyini diqqətə çatdırdırıb. Təkliflərə müsbət münasibət bildiriblər. İclasın sonunda əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR