Bank Of Baku

Oqtay Əsədov ABŞ səfiri ilə görüşüb

Oqtay Əsədov ABŞ səfiri ilə görüşüb
# 11 mart 2011 17:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Milli Məclisin sədri Oqtay Əsədov ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı qəbul edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın ABŞ-la münasibətlərii daha da inkişaf etdirmək niyyətində olduğunu söyləyən spiker qeyd edib ki Milli Məclisdə ABŞ Konqresi ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və müxtəlif beynəlxalq qurumlarda görüşləri qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsi baxımından çox önəmlidir.

Səfir Metyu Brayza isə iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib. Səfir qeyd edib ki, ABŞ Qafqazın bu bölgəsinə böyük maraq göstərir və Azərbaycanla əlaqələri gələcəkdə də inkişaf etdirməkdə maraqlıdır. M.Brayza ABŞ-ın USAİD təşkilatının Milli Məclislə birlikdə həyata keçirdiyi “Azərbaycan Parlament layihəsi”ni yüksək dəyərləndirib və layihənin davamlı olmasında maraqlı olduqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR