Bank Of Baku

Arif Hacılı da daxil olmaqla Müsavat Partiyasının 44 üzvü sərbəst buraxılıb

Arif Hacılı da daxil olmaqla Müsavat Partiyasının 44 üzvü sərbəst buraxılıb
# 12 mart 2011 16:11 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün “Fəvvarələr meydanı”nda keçirilən icazəsiz etiraz aksiyası zamanı Müsavat Partiyasının polis tərəfindən saxlanılmış 64 üzvündən 44 nəfəri sərbəst buraxılıb. Bu barədə APA-ya partiya başqanının müavini Mehman Cavadoğlu məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxslərdən 14 nəfəri polis bölmələrinə aparılmadan yolda, 30 nəfəri bölməyə aparıldıqdan sonra buraxılıb. 20 nəfərin işi isə məhkəməyə göndərilib.

Sərbəst buraxılanlar arasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı da var. A. Hacılı APA-ya açıqlamasında Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsindən saat 16.30 radələrində sərbəst buraxıldığını söyləyib: “Bu bölməyə təkcə məni aparmışdılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR