Bank Of Baku

Azərbaycan Ombudsmanı Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva ermənilər tərəfindən qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun ailə üzvləri ilə görüşüblər

Azərbaycan Ombudsmanı Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva ermənilər tərəfindən qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun ailə üzvləri ilə görüşüblər
# 13 mart 2011 12:58 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, E. Süleymanova və Q. Paşayeva martın 8-də erməni snayperi tərəfindən vurulan 9 yaşlı Fariz Bədəlovun ailəsi ilə görüşüblər.

Onlar yas mərasimində iştirak edəndən sonra azyaşlının vurulduğu yerə baxış keçirib, həmin ərazidən düşmən mövqelərini müşahidə ediblər.

Hadisə yerində olan jurnalistlərə açıqlamasında E. Süleymanova bildirib ki, erməni snayperinin 9 yaşlı Fariz Bədəlovu öldürməsi faktı bir daha bütün dünyaya müharibənin hələ də davam etdiyini, günahsız insanların, uşaqların, ahılların, dinc sakinlərin hələ də erməni hərbiçiləri tərəfindən öldürüldüyünü bir daha göstərib.

Q. Paşayeva isə bildirib ki, nəinki Fariz Bədəlovun, başqa cəbhəyanı yaşayış məntəqələrində də azyaşlıların düşmən tərəfindən hədəfə alınması azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsidir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqları Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov qarşılayıb, o da digər rayon rəsmiləri ilə bərabər qonaqlarla birgə yas mərasimində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR