Bank Of Baku

BAXCP hakimiyyəti bütün sahələrdə islahatları sürətləndirməyə çağırıb

BAXCP hakimiyyəti bütün sahələrdə islahatları sürətləndirməyə çağırıb
# 14 mart 2011 09:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Son günlər bir qrup gəncin və siyasi partiya təmsilçilərinin etiraz aksiyaları keçirməyə cəhd göstərmələrini müzakirə edən BAXCP İdarə Heyəti hökuməti islahatları sürətləndirməyə çağıran bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, xalqın etimad göstərmədiyi və tanımadığı siyasi qüvvələrin və gənclərin çağırışı ilə narazı elektoratın etiraz aksiyalarına qoşulmaması iqtidarda arxayınçılıq yaratmamalıdır: “Azərbaycan xalqının kütləvi etiraz aksiyalarına dəstək verməməsi həm də Azərbaycan Respublikası prezidentinin qəbul etdiyi son qərarlarla və ölkədə sabitliyin pozula biləcəyi narahatlığından qaynaqlanır. 1993-cü ildə ölkədə siyasi sabitliyin pozulması daha 5 rayonun ermənilər tərəfindən işğalı ilə nəticələnmişdi və xalqımız yaxın tarixdə baş verən bu hadisələri yaxşı xatırlayır. BAXCP iqtidarı qeyd olunan və olunmayan bu kimi məqamları nəzərə alaraq, ölkə həyatının bütün sahələrində islahatları sürətləndirməyə çağırır".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR