Bank Of Baku

Müsavat Partiyası kütləvi aksiyaların davam etdirilməsini zəruri sayıb

Müsavat Partiyası kütləvi aksiyaların davam etdirilməsini zəruri sayıb
# 14 mart 2011 14:26 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxılıb.

Müsavat Partiyasının martın 12-də keçirilən mitinqi ilə bağlı geniş müzakirələr aparılıb. Divanda mitinqin təşkilatçılarına, iştirakçılarına və ona dəstək verənlərə öz təşəkkürünü bildirilib. Daha sonra kütləvi aksiyaların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Daha sonra KXCP sədri Mirmahmud Mirəlioğlu və partiyanın digər rəhbərlərinin Yevlax şəhərində keçirdiyi konfransa polislərin müdaxiləsi pislənilib.

Müsavat Partiyası martın 11 və 12-də keçirilən etiraz aksiyaları ilə bağlı bəyanat da yayıb. Partiya bəyanatda dinc etiraz aksiyasında iştirak edən vətəndaşların həbs olunmasını qanunsuz hesab edərək, pislədiyini bəyan edir və onların tezliklə azadlığa buraxılmasını tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR