Bank Of Baku

Müasir Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında mitinq keçirəcək

Müasir Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında mitinq keçirəcək
# 14 mart 2011 14:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA, Müasir Müsavat Partiyası (MMP) martın 15-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında mitinq keçirəcək. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MMP martın 15-də saat 12.00-da “Təbriz” kinoteatrının və ya “Nərimanov” metrostansiyasının qarşısında mitinq keçirmək üçün BŞİH-ə məktubla müraciət edib. Bir həftə keçməsinə baxmayaraq, BŞİH məktubu cavablandırmayıb: “Bununla bağlı partiyadan BŞİH-in siyasi şöbəsi ilə əlaqə saxlanılıb. Şöbənin müdiri Zaur Ramazanov gün ərzində heç cür əlaqə yaradıla bilməyib. Şöbənin işçiləri deyiblər ki, Zaur Ramazanov hazırda Novruz bayramı ilə bağlı işlərlə məşğuldur. Ona görə sizin məktubu cavablandıra bilmir”.

Məlumatda qeyd olunub ki, MMP BŞİH-nin bu cür səhlənkar və etikadan kənar hərəkətlərinə etiraz olaraq martın 15-də planlaşdırdığı mitinqi BŞİH-nin binası qarşısında keçirməyi qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR