Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədr müavini Mərakeşin ədliyyə naziri ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədr müavini Mərakeşin ədliyyə naziri ilə görüşüb
# 14 mart 2011 14:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda səfərdə olan Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsiri ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Z. Əsgərov bildirib ki, bu günədək ölkələr arasında 10-dək sənəd imzalanıb, daha 20 sənəd imzalanmaq üçün hazırlanır. Beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə görə Mərakeş tərəfinə təşəkkürünü bildirib. 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması, eləcə də 2014-cü ildə İslam Konfransı Təşkilatının zirvə toplantısının Bakıda keçirilməsi məsələlərinin müzakirə olunacağını deyən vitse-spiker Mərakeşin bu məsələlərdə də rəsmi Bakının təşəbbüslərini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
İki ölkə arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirən M. Nəsiri isə Azərbaycanın və Mərakeşin ədliyyə, hüquq strukturları arasında mühüm sənədlər imzalandığını vurğulayıb. Bakının Mərakeşə ölkə əhəmiyyətli məsələlərin həllində göstərdiyi dəstəyi yüksək qiymətləndirən mərakeşli nazir bildirib ki, onun ölkəsi beynəlxalq qurumlarda Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR