Bank Of Baku

ALP İcraiyyə Komitəsi və VİP Mərkəzi Aparatının birgə iclası keçirilib

ALP İcraiyyə Komitəsi və VİP Mərkəzi Aparatının birgə iclası keçirilib
# 14 mart 2011 15:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Liberal Partiyasının (ALP) İcraiyyə Komitəsi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) Mərkəzi Aparatının birgə iclası keçirilib. VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ötən həftə Bakıda keçirilən etiraz aksiyaları, müxalifətdaxili inteqrasiya prosesinin gücləndirilməsinə dair VİP və ALP-nin birgə təşəbbüsünün davamı etdirilməsi və bu iki partiyanın ümumi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub. Toplantıda çıxış edən VİP sədri Əli Əliyev və ALP sədri Əvəz Temirxan ölkədəki mövcud durumu, xüsusilə ötən həftə baş vermiş hadisələri dəyərləndirib və fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

Toplantı iştirakçıları cəmiyyətdəki fəallığın artırılması üçün müxalifət qüvvələrinin bir arada olmasının və bu prosesin sürətləndirilməsinin labüdlüyünü qeyd ediblər. ALP İK və VİP MA müxalifətdaxili inteqrasiya təşəbbüsü çərçivəsində müzakirələrin davam etdirilməsi məqsədilə Müsavat Partiyasına və AXCP-yə müraciət göndərilməsinə qərar verib. Eyni zamanda, hakimiyyətdən vətəndaşların sərbəst toplaşmaq azadlığını boğmaq cəhdlərinə son qoyulması tələb olunub. İclasda apreldə partiyaların fəallarının və tərəfdarlarının iştirakı ilə birgə toplantının keçirilməsi təklifi isə müsbət qarşılanıb.

VİP-dən verilən digər məlumatda isə bildirilib ki, bu gün VİP-in qərargahında “İnsan Naminə” blokuna daxil olan VİP, ALP və Yaşıllar Partiyası sədrlərinin görüşü keçirilib. Görüşdə ölkədəki ümumi vəziyyət və qarşılıqlı əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR