Bank Of Baku

Müsavat və AXCP İctimai Palatadan kənar kütləvi aksiyalar keçirməyəcək

Müsavat və AXCP İctimai Palatadan kənar kütləvi aksiyalar keçirməyəcək
# 15 mart 2011 09:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası İctimai Palatadan (İP) kənar mitinq keçirmək niyyətində deyil. Bu barədə APA-ya açıqlamasında partiya başqanının müavini Mehman Cavadoğlu bildirib. O bunu İP-nin 2 aprel tarixinə birgə aksiya keçirmək qərarı ilə izah edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da APA-ya açıqlamasında təmsil olunduğu partiyanın İP-nin birgə aksiyasına qoşulacağını bildirib: “Bu səbəbdən də AXCP-nin ayrıca aksiya keçirməsinə ehtiyac olmadı”.

Qeyd edək ki, Müsavat Partiyası Divanının martın 14-də keçirilən iclasında kütləvi aksiyaların davam etdirilməsi zəruri sayılıb. AXCP isə martın 13-də mitinq keçirmək barədə qərar qəbul edib. AXCP qərara alıb ki, bununla bağlı İctimai Palataya müraciət olunsun. Əgər İP müsbət cavab verərsə, birgə, mənfi cavab verərsə, partiya təkbaşına mitinq keçirsin.

İP Koordinasiya Şurasının martın 14-də keçirilən iclasında isə aprelin 2-də birgə mitinq keçirilməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR