Bank Of Baku

Müasir Müsavat Partiyasının bir qrup üzvü Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd edib

Müasir Müsavat Partiyasının  bir qrup üzvü Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd edib
# 15 mart 2011 09:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) bir qrup üzvü Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında aksiya keçirməyə cəhd edib. APA-nın məlumatına görə, polis razılaşdırılmamış aksiyada iştirak etmək üçün İH binasının yaxınlığına gələn şəxsləri saxlayaraq polis bölməsinə aparıb. Partiyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, aksiya iştirakçılarının binanın qarşısına getməsinə imkan verilməyib və ümumilikdə 20-yə yaxın şəxs polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, MMP Təbriz kinoteatrının və yaxud Nərimanov metro stansiyasının qarşısında martın 15-də saat 12.00-da mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. BŞİH məktubu cavablandırmayıb. Buna etiraz olaraq MMP martın 15-də planlaşdırdığı mitinqi BŞİH-nin binası qarşısında keçirməyi qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR