Bank Of Baku

Parlamentin sədr müavini Azərbaycanda keçirilən etiraz aksiyalarına münasibət bildirib

Parlamentin sədr müavini Azərbaycanda keçirilən etiraz aksiyalarına münasibət bildirib
# 15 mart 2011 11:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan parlamentinin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında ölkədə keçirilən etiraz aksiyalarına münasibət bildirərkən deyib.

B. Muradova etiraz edən dairələrin kimliyini və nəyə qadir olduğunu hər kəsin bildiyini qeyd edib: “Bu, qüvvə deyil. Narazı şəxslər bütün ölkələrdə var, Azərbaycanda da ola bilər. Bəzi adamlar var ki, narazılıqlarının nədən ibarət olduğunu özləri də bilmirlər. Bu narazılığın nədən ibarət olduğunu müəyyənləşdirsələr, bizə də məlumat versinlər”.

O, Yaxın Şərq ölkələrində baş verən son hadisələrin Azərbaycana transfer olmasının mümkünlüyünü isə qətiyyətlə rədd edib: “Bu, qətiyyən mümkün deyil. Həmin proseslərin Azərbaycanda reallaşması üçün isə ölkə daxilində dayaq yoxdur. Azərbaycanda belə istəklər dəfələrlə olub, lakin nəticəsiz qalıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR