Bank Of Baku

Zahid Oruc: “Ötən gün bir zabitin intihar etməsi onu deməyə əsas verir ki, son olaylarla bağlı aparılan istintaq-əməliyyat tədbirləri kimlərəsə mənəvi-psixoloji təsir edib”

Zahid Oruc: “Ötən gün bir zabitin intihar etməsi onu deməyə əsas verir ki, son olaylarla bağlı aparılan istintaq-əməliyyat  tədbirləri kimlərəsə mənəvi-psixoloji təsir edib”
# 15 mart 2011 12:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Söylədiyi fikirlərin bir ehtimal olduğunu söyləyən deputatın sözlərinə görə, belə faktın əks effekt verməməsi üçün məlumatlar ilk andan mətbuata təqdim olunmalıdır: “Faktların gizlədilməsi müxtəlif versiyaların yaranmasına səbəb olur. Konkret məsuliyyət daşıyan insanlar varsa, onun cəzası çox normal qaydada, hüquqi formada, məhkəmələr vasitəsi ilə verilməlidir. Biz hərbi sistemdə hüquqi münasibətləri bərqərar eləməliyik. Zabit-əsgər münasibətləri hüquqa dayanmalıdır, seçimə, baxışa yox”.
Z. Oruc bildirib ki, bu günədək hökumət parlamentdə hesabat versə də, müdafiə nazirinin hesabat verməsinə dair təkliflər qəbul edilməyib: “Bu, hüquqi cəhətdən həllini tapmamış bir məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR