Bank Of Baku

VİP, KXCP və ALP sədrləri görüşüblər

VİP, KXCP və ALP sədrləri görüşüblər
# 15 mart 2011 12:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və VİP sədri Əli Əliyev arasında görüş keçirilib. VİP-dən APA-ya verilən məlumata görə, görüş VİP ilə ALP-nin müxalifətdaxili inteqrasiya prosesinin gücləndirilməsi təşəbbüsü çərçivəsində başlanmış müzakirələrin davamı olaraq baş tutub.

Partiya sədrlərinin görüşündə ölkədə yaranmış siyasi vəziyyət və regionda cərəyan edən proseslər geniş müzakirə olunub. Tərəflər cəmiyyətdə fəallığın artırılması və demokratiya uğrunda mübarizənin arzuedilən nəticəyə yetişməsi üçün əsas müxalifət qüvvələrinin bir arada olmasının zəruriliyini vurğulayıblar. ALP, KXCP və VİP sədrləri bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə dair razılığa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR