Bank Of Baku

İsa Qəmbər Bolqarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

İsa Qəmbər Bolqarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
# 15 mart 2011 13:30 (UTC +04:00)
Bakı - APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov ilə görüşüb. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, insan hüquqları və demokratiyanın vəziyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycanla Bolqarıstan arasındakı münasibətlərin bugünkü səviyyəsi və inkişaf perspektivləri, eləcə də Azərbaycanın Avropaya inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Bolqarıstan səfirliyinin əməkdaşları A. Markov və P. Angelov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR