Bank Of Baku

Milli Məclisin iclasında İqbal Ağazadənin çıxışı Siyavuş Novruzovun sərt reaksiyası ilə qarşılanıb

Milli Məclisin iclasında İqbal Ağazadənin çıxışı Siyavuş Novruzovun sərt reaksiyası ilə qarşılanıb
# 15 mart 2011 14:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı millət vəkili İqbal Ağazadənin çıxışı həmkarı Siyavuş Novruzovun sərt reaksiyası ilə qarşılanıb. APA-nın məlumatına görə, İ. Ağazadə çıxışında hökumətin hesabatını tənqid edib, hesabatın reallığı əks etdirmədiyini deyib. Hökumətin Qarabağla bağlı parlamentdə hesabat verməsini tələb edən deputat gənclərin aksiyalarından da danışıb. BDU-da gənclərə aksiya keçirməmələri üçün təzyiq edildiyini deyən İ. Ağazadə bunu insanların azadlıq hüququnun pozulması kimi qiymətləndirib.
S. Novruzov isə İ. Ağazadəni indiyədək siyasi fəaliyyəti ilə bağlı hesabat verməməkdə günahlandırıb: «Öz siyasi fəaliyyəti dövründə bir dəfə də hesabat verməyən adam burada hökuməti tənqid edir. Bir dəfə açıqlama ver ki, partiyanı hansı pulla saxlayırsan? Amerika səfirliyinin nəsə tikməsi, görünür, sizi çox həvəsləndirir. Amma Azərbaycan prezidentinin tikdikləri gözünüzə görünmür».
S. Novruzov çıxışında tarixə də ekskursiya edib: «Gördük 2003-cü ildə tələbələri çağırıb başına nə oyun açdınız. Rəhbərləriniz qaçıb gizləndi, xalqın uşaqlarını ötürdünüz küçələrə... Nəticəsi də oldu ki, insanlar əziyyət çəkdilər. İndi yenidən başlamısınız mitinq keçirməyə... Bir ağıllı işlə məşğul olun. Ağac əkin, kitabxanaya dəvət eləyin, İnternet sahəsində işləyin. Yoxsa ki, “Fəvvarələr” meydanında mitinq keçirirlər. Yer tapılmır?»
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR