Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib

Azərbaycan prezidenti Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib
# 15 mart 2011 16:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda deyilir ki, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Ağayev Ağa Mübariz oğlu
Əliyev Toğrul Vilayət oğlu
Əsədova Vəfa Akif qızı
Hüseynova Fəridə Arif qızı
Qasımov Seymur Oqtay oğlu
Musayev Pərviz Kərim oğlu
Musayev Azər Tahir oğlu
Nuriyev Namiq Qəşəm oğlu
Səfərov Valeh Əhəd oğlu
Seyidova Aydan Nurəddin qızı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR