Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
# 15 mart 2011 16:50 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən ölkənin ən böyük şəhərlərindən olan Gəncədə və Sumqayıtda abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər birinə 5 milyon manat məbləğində vəsait ayrılıb. Prezident Maliyyə Nazirliyinə nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etməyi tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR