Bank Of Baku

Müasir Müsavat Partiyası mitinqləri davam etdirəcək

Müasir Müsavat Partiyası mitinqləri davam etdirəcək
# 16 mart 2011 12:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müasir Müsavat Partiyası (MMP) mitinqləri davam etdirmək barədə qərar verib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 15-də keçirilən aksiyada polisin zorakılığı MMP İdarə Heyətində müzakirə edilib və baş verənlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun pozulması kimi dəyərləndirilib.

Polislər tərəfindən saxlanılan partiya üzvlərinin bölmələrdə əl izlərinin alınmasına cəhd edilməsi məsələsi isə toplantı iştirakçılarının hiddətinə səbəb olub. İclasda Mitinq Komitəsi yaradılıb və bu quruma aksiyaların keçirilməsi ilə bağlı tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR