Bank Of Baku

Müsavat başqanının müavini: “VİP və ALP-nin müxalifəti birləşdirmək cəhdi nəticə verməyəcək”

Müsavat başqanının müavini: “VİP və ALP-nin müxalifəti birləşdirmək cəhdi nəticə verməyəcək”
# 16 mart 2011 13:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifət düşərgəsində növbəti qurumun yaradılması ilə bağlı təklifin meydana çıxması iqtidar əleyhinə olan partiyaların birləşməsinə mane ola bilər”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. T. Yaqublu bildirib ki, Vətəndaş və İnkişaf Partiyasının və Azərbaycan Liberal Partiyasının müxalifətin birləşdirilməsi cəhdini alqışlasa da, bunun arzu olunan nəticəyə verməyəcəyini düşünür: “VİP sədri Əli Əliyevi anlayıram. Ancaq İctimai Palatanın aktual olduğu bir vaxtda, növbəti qurumun yaradılması ilə bağlı təklifin meydana çıxması, hətta xoş niyyətlə olsa belə, müxalifətin birləşməsinin qarşısını ala bilər”.

Onun sözlərinə görə, bu gün iqtidara real alternativ olan qurum İctimai Palatadır: “Digər partiyalar da İctimai Palataya qoşulsalar, hakimiyyətə real alternativ yaratmaq istəyinə nail ola bilərik. İctimai Palatanın aprelin 2-də mitinq keçirməklə bağlı qərar verməsindən sonra bu məsələ daha da aktuallaşıb. Kim özünü iqtidara müxalifətdə olan ən real qurumda görmək istəyirsə, İctimai Palatada təmsil olunsun. Real müxalifətçilik İctimai Palata formatında həyata keçirilməlidir”.

Qeyd edək ki, VİP sədri Əli Əliyev müxalifətin inteqrasiyasına nail olmaq məqsədilə Ümid, Demokrat, Klassik Xalq Cəbhəsi, Milli İstiqlal Xalq Cəbhəsi, Müsavat, Liberal və özünün təmsil etdiyi partiyaların vahid mövqedən çıxış etməsi üçün müzakirələrə başlaması təklifi ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR