Bank Of Baku

Səfir Hulusi Kılıç: “Novruzu dördüncü dəfədir doğma Azərbaycanımda qeyd etməkdən xoşbəxtlik və sevinc hiss edirəm”

Səfir Hulusi Kılıç: “Novruzu dördüncü dəfədir doğma Azərbaycanımda qeyd etməkdən xoşbəxtlik və sevinc hiss edirəm”
# 16 mart 2011 13:40 (UTC +04:00)
Bakı – APA. Türkiyә Cümhuriyyətinin Azәrbaycandakı sәfiri Hulusi Kılıç Novruz Bayramı münasibətlə Azərbaycan xalqını tәbrik edib. Səfirlikdən APA-ya verilən məlumata görə, təbrikdə deyilir: “Qardaş və dost Azərbaycan xalqını Novruz Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Novruz bayramının hər il Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanması və gözəl şənliklərlə qeyd edilməsi təqdirəlayiq haldır. Artıq bu əziz günü dördüncü dəfədir doğma Azərbaycanımda sizlərlə bərabər qeyd etməkdən xoşbəxtlik və sevinc hiss edirəm. Baharın Azərbaycanda və Azərbaycan sərhədlərindən uzaqlarda yaşayan bacı və qardaşlarıma cansağlığı, xoş güzəran, bərəkət, əmin-amanlıq və sevinc gətirməsini diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR