Bank Of Baku

Arif Hacılı Ümid Partiyasının İctimai Palataya qəbulunu mümkünsüz sayır

Arif Hacılı Ümid Partiyasının İctimai Palataya qəbulunu mümkünsüz sayır
# 17 mart 2011 09:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Ümid Partiyası partiya qismində İctimai Palataya daxil olsa, İctimai Palatanın mahiyyəti dəyişər”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A. Hacılı bildirib ki, İctimai Palata, əsasən, seçkilərdə iştirak edən və haqsızlıqlarla üzləşənlər toplaşıb.

A. Hacılı qeyd edib ki, təmsil etdiyi partiya İctimai Palatanın genişlənməsinin tərəfdarıdır. “Qarabağ” blokunun İctimai Palatada təmsil olunmasına da toxunan A. Hacılı deyib ki, blokun üzvü olan ADP-nin İctimai Palatada təmsil olunmasında heç bir problem yoxdur: “Ümid Partiyasına gəldikdə, İctimai Palatada seçkilərdə hüquqları tapdalanmış partiyalar və şəxslər təmsil olunurlar. Ümid Partiyası təşkilat kimi bu quruma daxil olursa, onda İctimai Palatanın mahiyyəti dəyişər. Çünki Ümid Partiyası parlamentdən kənarda saxlanılmayıb, ona qarşı haqsızlıq olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR