Bank Of Baku

İctimai Palatada təmsil olunmayan partiyalar 2 aprel mitinqində iştirakla bağlı fərqli mövqedədir

İctimai Palatada təmsil olunmayan partiyalar 2 aprel mitinqində iştirakla bağlı fərqli mövqedədir
# 17 mart 2011 13:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palatada təmsil olunmayan müxalifət partiyaları bu qurumun aprelin 2-nə təyin etdiyi mitinqdə iştirakla bağlı fərqli mövqedədir. Demokratiya Uğrunda İttifaqın (DUİ) həmtəsisçisi, “Azadlıq” Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, mitinqlə bağlı onlara müraciət daxil olmadığından DUİ Sədrlər Şurasında bu məsələ müzakirə olunmayıb: “Prosesin gedişindən asılı olaraq öz mövqeyimizi bildirəcəyik. DUİ-yə daxil olan partiyaların üzvlərinə isə mitinqdə iştirakla bağlı qadağa qoyulmayıb”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu mitinqdə təşkilat olaraq iştiraklarının istisna olunmadığını bildirsə də, partiyanın bu barədə hələ qərar vermədiyini söyləyib: “Qərarımız olmasa da, böyük ehtimalla mitinqdə iştirakımız olacaq”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə APA-ya bildirib ki, mitinqin keçirilməsi İctimai Palatanın qərarıdır və ona hörmətlə yanaşırlar: “Hakimiyyətin siyasətinə qarşı mübarizəni qəbul edirik. Lakin bu onların mitinqidir, biz hansı məntiqlə bu aksiyaya qatılmalıyıq? Sadəcə uğur diləyirik”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də APA-ya İP-nin bu addımını dəstəklədiklərini desə də, mitinqdə iştirak etməyəcəklərini vurğulayıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlu bildirib ki, partiya üzvləri müxalifətin istənilən aksiyasında müstəqil şəkildə iştirak edə bilərlər: “Bu o deməkdir ki, İctimai Palatanın işində üzvlərimizin fəaliyyətinə heç bir qadağa qoymamışıq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə mitinqin təşkilatçısı olmadıqlarına görə, aksiyada partiya qismində iştirak etməyəcəklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR