Bank Of Baku

YAP Gənclər Birliyi 60-a yaxın ailəyə Novruz sovqatı verəcək - FOTO

YAP Gənclər Birliyi 60-a yaxın ailəyə Novruz sovqatı verəcək - <font color=red>FOTO</font>
# 18 mart 2011 09:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə yardım aksiyası keçirilir. APA-nın məlumatına görə, Bakının 11 rayonundan 9-nu əhatə edən aksiya zamanı gün ərzində avtomobillərlə şəhid, əlil, tənha, kimsəsiz və aztəminatlı ailələrə yardım paylanacaq.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov jurnalistlərə bildirib ki, yardım çərçivəsində 60-a yaxın ailəyə Novruz sovqatı olaraq mal və toyuq əti, yağ, düyü, un, meyvə və digər ərzaq növlərindən ibarət zənbillər verilməsi nəzərdə tutulub: “Məqsədimiz Novruz bayramında onlarla birgə olduğumuzu göstərməkdir. Bu, başlanğıcdır və aksiya gələcəkdə davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR