Bank Of Baku

Azərbaycan Milli Məclisində daha bir neçə qanuna əlavə və dəyişikliklər təsdiqlənib

Azərbaycan Milli Məclisində daha bir neçə qanuna əlavə və dəyişikliklər təsdiqlənib
# 18 mart 2011 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında «Məhkəmələr və hakimlər haqqında» qanuna, «Konstitusiya Məhkəməsi haqqında» qanuna və «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklər təsdiqlənib.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, əlavə və dəyişikliklərə əsasən, vəfat etmiş sabiq məhkəmə hakimlərinin pensiyalarına əlavələri almaq hüququ onun ailə üzvlərinə keçəcək.
İclasda çıxış edən deputat Elmira Axundova həkimlərin maaşlarının və təqaüdlərinin artırılması, Aqil Abbas isə prezident tərəfindən verilən təqaüdlərin sonradan onu alan şəxslərin ailə üzvlərinə keçməsi təklifi ilə çıxış edib. Deputat Siyavuş Novruzov isə sabiq deputatlara işlə təmin olunan müddətədək ən azı 2 il maaşlarının verilməsi təklifi ilə çıxış edib.
Deputat Azay Quliyev və Qənirə Paşayeva isə vaxtı ilə Rusiyada çalışan azərbaycanlıların pensiyalarının düzgün hesablanmadığını diqqətə çatdırıblar. Q. Paşayeva Azərbaycan parlamentinin bununla bağlı sənədi ratifikasiya etdiyini, lakin Rusiya tərəfindən hələ bir addımın atılmadığını söyləyib, bununla bağlı Rusiya parlamentinə müraciət ünvanlanmasını vacib sayıb.
Adıçəkilən qanun layihələrinə əlavə və dəyişikliklər müzakirələrdən sonra təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR