Bank Of Baku

Azərbaycan Milli Məclisi «Prokurorluq haqqında» və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlara dəyişiklikləri təsdiqləyib

Azərbaycan Milli Məclisi «Prokurorluq haqqında» və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlara dəyişiklikləri təsdiqləyib
# 18 mart 2011 10:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında «Prokurorluq haqqında» və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlara dəyişikliklər təsdiqlənib. APA-nın məlumatına görə, layihə barədə məlumat verən parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, «Prokurorluq haqqında» qanuna edilən dəyişikliklərə əsasən, korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək. Bu zaman qeyd olunan sahədə qanunların icrasına Azərbaycanın Baş Prokuroru nəzarət edəcək.
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanuna edilmiş dəyişikliyə görə isə korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirə bilər.
Qanun layihələri müzakirələrdən sonra təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR