Bank Of Baku

İctimai Palata mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

İctimai Palata mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 18 mart 2011 12:44 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) aprelin 2-nə təyin olunmuş mitinqlə əlaqədar yaradılmış Mitinq Komitəsinin toplantısı olub. Partiyadan APA-ya verilən məlumata görə, toplantıda aprelin 2-nə təyin olunmuş mitinqlə bağlı Bakı İcra Hakimiyyətinə (BŞİH) ediləcək müraciət məktubunun mətni hazırlanıb.

Müraciət məktubuna Müsavat Partiyası, AXCP, KXCP və AMİP nümayəndələri imza atıb. Müraciətdə demokratik islahatlar aparılması, söz azadlığının təmin edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Qarabağa azadlıq və s. şüarları ilə “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyasının keçiriləcəyi bildirilib. 5 min nəfərin qatılması nəzərində mitinqin saat 14.00-dan 16.00-dək keçirilməsi planlaşdırılır.

Müraciət təqdim olunmaq üçün BŞİH-ə aparılıb. Lakin BŞİH-dən iş gününün sonu olduğunu əsas gətirərək məktubu qəbul etməyiblər. Bu səbəbdən də müraciət məktubu poçt vasitəsilə göndərilib.

Qeyd edək ki, İP Koordinasiya Şurasının qərarına əsasən, BŞİH “Nərimanov” kinoteatrının qarşısındakı meydanda mitinq keçirməyə icazə verməsə, aksiya Bakının mərkəzi yerlərindən olan “Fəvvarələr meydanı”nda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR