Bank Of Baku

AMİP Gənclər Təşkilatının fəallarının toplantısı keçirilib

AMİP Gənclər Təşkilatının fəallarının toplantısı keçirilib
# 18 mart 2011 13:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün AMİP Gənclər Təşkilatının fəallarının toplantısı keçirilib. AMİP mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərara alınıb ki, AMİP üzvü olan gənclər tərəfindən Azərbaycanda demokratikləşmə istiqamətində gedən proseslərdə fəallıqlarını daha da artırsınlar və təhsil aldıqları ali müəssisələrdə, xüsusən, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Tibb Universitetində, Azərbaycan Dövlət Dillər Universitetində tələbələr arasında geniş təbliğat aparılsın.

Həmçinin, universitetlərdə təhsil alan tələbələrin ictimai-siyasi proseslərdə aktiv iştirakı təmin edilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR