Bank Of Baku

VİP və ALP rəhbərliyi birgə müşavirə keçirib

VİP və ALP rəhbərliyi birgə müşavirə keçirib
# 18 mart 2011 14:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Liberal Partiyası (ALP) ilə VİP rəhbərliyinin geniş tərkibli birgə müşavirəsi keçirilib. VİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ALP ilə VİP-in birgə fəaliyyətinə dair tədbirlər planı müzakirə olunub, ölkədəki vəziyyət təhlil edilib. Ölkədə siyasi proseslərin sürətlənməsi fonunda VİP-lə ALP-nin birgə fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan partiya təmsilçiləri bununla əlaqədar təkliflərini irəli sürüblər. Müşavirənin yekununda irəli sürülən təkliflərin dəyərləndirilməsi və ümumiləşdirilərək ALP ilə VİP-in birgə fəaliyyətinə dair tədbirlər planına daxil edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR