Bank Of Baku

Azərbaycan prezidenti Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edib - YENİLƏNİB

 Azərbaycan prezidenti Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edib - <font color=red>YENİLƏNİB</font>
# 19 mart 2011 11:03 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra prezident və xanımı Milli Parka gəliblər. Onları Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl dövlət başçısı ilə yumurta döyüşdürüblər.

İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, bədii özfəaliyyət kollektivləri, pəhləvanlar, kəndirbazlar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər.

Prezident və xanımı Azərbaycanda yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Dövlət başçısına və xanımına hədiyyələr təqdim olunub.

Prezident bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını çatdırıb.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR